Şrift:
Bakı metrosunda pulsuz internet nə vaxt olacaq?
12.01.2012 [12:04] - Sosial
Metropoliten rəhbərliyinin “Koroğlu” stansiyasında “Wi-Fi” şəbəkəsinin qurulacağı ilə bağlı açıqlamasından 1 aya yaxın vaxt keçir.

Bakı Metropoliteninin stansiyalarında simsiz internet "Wi-Fi" şəbəkəsinin qurulacağı barədə ötən ilin sonunda yayılmış xəbəri metro istifadəçiləri sevinc ilə qarşılamışdı. Metropoliten rəhbərliyinin ilk mərhələdə paytaxtın mərkəzindəki metro stansiyalarında və yenidənqurmadan sonra “Koroğlu” stansiyasında “Wi-Fi” şəbəkəsinin qurulacağı ilə bağlı açıqlamasından 1 aya yaxın vaxt keçir.

Bu məsələ ilə bağlı Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov açıqlamasında bildirdi ki, hazırda ölkənin kabel televiziyalarından biri bu işi öz üzərinə götürmək istəyir: "Hələlik həmin şirkət bunun tətbiqinə başlamayıb. Yanvarın ikinci yarısından sonra simsiz internet şəbəkəsinin tətbiqinə başlanacaq”.

Qeyd edək ki, metro stansiyalarında yüksəksürətli internetə giriş pulsuz olacaq. Vətəndaşlar müvafiq cihazlarından istifadə etməklə, metro stansiyalarında rahat şəkildə internetə daxil ola biləcəklər.
Bu xəbər oxucular tərəfindən 1067 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed