Şrift:
Amerikalı senator: İrana qarşı hərbi güc tətbiq edə bilərik
21.04.2015 [09:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaqdan ötrü İrana qarşı hərbi güc tətbiq edə bilərik”. Bu açıqlama ilə Florida ştatından olan amerikalı senator, prezidentliyə namizəd Marko Rubio çıxış edib.
Onun sözlərinə görə, İran və Altılıq arasında olan danışıqlar yekun müqavilə ilə bitməyəcək:
“İran başa düşməlidir ki, əgər o, sərhədi keçsə, onda ABŞ Tehrana ordu yeridəcək. Biz istəmirik ki, bu olsun. Lakin İranın nüvə silahı əldə etmək riski o qədər böyükdür ki, bu seçənəyi istisna etmək mümkün deyil. Əgər Amerika bu əməliyyatı başlamasa, o zaman bunu başqaları edəcək. Məsələn, Səudiyyə Ərəbistanı və İsrail bu işdə əsas namizəddir”.

axar.az
Bu xəbər oxucular tərəfindən 703 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed