Şrift:
1,2 ton kokain daşıyan gəmi ələ keçirildi
12.01.2012 [12:32] - Hadisə
Fransanın Hərbi Dəniz Qüvvələri (HDQ) göyərtəsində 1200 kq-dan çox kokain daşınan gəmini ələ keçiriblər.


Gəminin 4 nəfərdən ibarət ekipajı və onları müşayiət edən daha 3 şəxs həbs olunub.

HDQ-yə məxsus “Vantoz” adlı kiçik freqat Britaniya bayrağı altında üzən gəmini 6 gün izləyib və sonda onu Karib dənizində - Martinika adasının 600-700 km-liyində saxlayıb. Bu əməliyyat yanvarın 6-da həyata keçirilsə də, tutulanların adları və milli mənsubiyyəti açıqlanmır.

2010-cu ilin iyununda da fransızlar Karib dənizindəki təqribən həmin ərazidə kokain yüklü gəmini saxlayıblar. Həmin vaxt narkotik ticarətçilərinin gəmisindən 1,39 ton kokain tapılıb. “Mal”ın dəyəri 105 milyon dollar olub. İri həcmli narkotiklərlə dolu gəmiləri beynəlxalq sularda müntəzəm ələ keçirirlər. Bununla əlaqədar narkotik ticarətçiləri “mal”ın daşınması üçün əldədüzəlmə sualtı qayıqlardan yararlanırlar. Lakin onları da vaxtlı-vaxtında tuturlar.
Bu xəbər oxucular tərəfindən 683 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed