Şrift:
Türkiyə bu günlərdə dəhşətlə zəlzələ baş verən Nepaldan vətəndaşlarını evakuasiya edib.
27.04.2015 [10:53] - Gündəm, Hadisə
"Anadolu" agentliyinin verdiyi məlumata görə, Nepaldan evakuasiya olunan Türkiyə vətəndaşlarının sayı 242-yə çatıb.

Bundan başqa, Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər Agentliyi (AFAD) Nepala 26 xilasedici göndərib.

Qeyd edək ki, Nepalda aprelin 25-də səhər saatlarında 7,9 bal gücündə baş verən zəlzələ nəticəsində 3218 nəfərin öldüyü bildirilir.

Xilasetmə-axtarış işlərinə Çin, ABŞ, Kanada, Türkiyə, Avstraliya, Yaponiya, Şri-Lanka və Azərbaycan da qoşulub.
Bu xəbər oxucular tərəfindən 646 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed