Şrift:
İranda ağ evliliyi təbliğdə günahlandırılan jurnalının yayımına qadağa qoyulub
28.04.2015 [13:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda “ağ evliliyi” təbliğ edib yaymaqda günahlandırılan “Qadınlar bu gün” jurnalının fəaliyyətinə qadağa qoyulub.
Jurnalın fəaliyyəti, onun son nömrələrinin birində ölkədə “ağ evlilik” və onun cəmiyyətdə gündən-günə yayılmasının səbəbləri barədə təhlili bir yazı dərc ediləndən sonra dayandırılıb.

Aprelin 26-da Mətbuata Nəzarət Şurasının keçirdiyi iclasda jurnalda dərc edilən həmin yazı müzakirəyə çıxarılıb və jurnal cəmiyyətdəki mövcud dəyərlərə zidd sayılan “ağ evliliyi” təbliğ etməkdə və onu yaymaqda təqsirli bilinərək fəaliyyətinə qadağa qoyulub. Mətbuata Nəzarət Şurası jurnalın fəaliyyətinə qadağa qoymaqla yanaşı onu məhkəməyə də verib.

Qeyd edək ki, son illərdə İranda gənc cütlüklərin rəsmi şəkildə evlənmədən və hər hansı bir nikah bağlanmadan bir-biri ilə ər-arvad kimi yaşamasının geniş vüsət alması hakim dairələrin narahatlığına səbəb olub. Kişi və qadınların ölkədə “Ağ evlilik” adı ilə tanınan bu tərzdə birgə yaşaması, Qərb ölkələrində mövcud olduğu kimi, onların könüllü olaraq bir növ vətəndaş nikahına girməsinə bənzəyir.
Bu xəbər oxucular tərəfindən 574 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed