Şrift:
İndiyədək Azərbaycanda 2000-dən artıq vyetnamlı tələbə ali təhsil alıb
07.05.2015 [11:14] - Gündəm, Gənclik
Bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ADA Universitetində keçirilən Azərbaycan-Vyetnam Dostluq Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycanda təhsil alan vyetnamlı tələbələr arasında hazırda müxtəlif vəzifələrdə çalışan şəxslər var. M.Cabbarov bu faktın Azərbaycan ali təhsil müəssisələrinin ən yüksək səviyyədə kadr hazırlamaq imkanında olduğunu göstərdiyini söyləyib.

Vyetnam Parlamentinin Xarici Әlaqələr Komitəsinin sədr müavini Ngo Due Manh bildirib ki, iki ölkə arasında əlaqələr bundan sonra daha da yaxsı inkişaf etməlidir. Onun sözlərinə görə, Vyetnamla Azərbaycan istehsal etdikləri məhsulların mübadiləsini təşkil edə və ölkələrə qarşılıqlı şəkildə investisiya yatıra bilərlər.

Azərbaycanda ali təhsil almasından çox şad olduğunu söyləyən Ngo Due Manh bildirib ki, Azərbaycanda təhsil alan vyetnamlı tələbələr Vyetnamda yeni həyatın qurulmasında çox fəal iştirak edirlər.

Forumun keçirilməsini tarixi hadisə sayan Ngo Due Manhın sözlərinə görə, tədbirdə iştirak edən Azərbaycanda təhsil almış vyetnamlı gənclər iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi üçün keçirilən müzakirələrdə fəal iştirak etməklə buna öz töhfəsini verə biləcəklər.
Bu xəbər oxucular tərəfindən 853 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed