Şrift:
Ruhaninin müavini: -Ölkədə 200 uşaq məhbus anaları ilə birlikdə zindanlarda yaşayır
07.05.2015 [11:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran prezidentinin qadınlar və ailə məsələləri üzrə müavini Şəhindoxt Mövlaverdi mayın 5-də jurnalistlərə açıqlamasında müxtəlif ittihamlara görə zindanlarda saxlanan məhbus uşaqlı analardan danışıb.
Ölkədəki qadın həbsxanalarında vəziyyətin acınacaqlı olduğunu bildirən Şəhindoxt Mövlaverdi deyib ki, həmin zindanlarda şəraitin yaxşılaşdırılması üçün nazirlər heyətinə müxtəlif təkliflər təqdim edilib: “Hazırda 200 uşaq məhbus anaları ilə birlikdə zindanlarda yaşayır. Anaları ilə birlikdə həbsxanada yaşamaq məcburiyyətində qalan bu uşaqların durumu acınacaqlıdır. Bu uşaqlar zindan şəraitinə görə ruhi-psixoloji baxımdan təzyiqə məruz qalır, onların normal inkişafına və şəxsiyyətinin formalaşmasına xələl gətirilir. Bu gün, təkcə Vəramin şəhərinin Qərçək zindanında 20 uşaq öz məhbus anaları ilə birlikdə yaşamaq məcburiyyətində qalıb. Bu isə yaxşı hal deyil.

Son vaxtlarda bəzi xeyriyyəçi insanların yardımı ilə İsfahan şəhərinin zindanında məhbus anaları ilə yaşamaq məcburiyyətində qalan bu kimi uşaqlara bir uşaq baxçası yaradılıb. Bu isə müsbət addımdır. Şəhindoxt Mövlaverdi deyib ki, o, digər zindanlarda da uşaq baxçalarının açılacağına ümid edir”.

Qeyd edək ki, İranın Zindanlar Təşkilatının qanunlarına görə, uşaqların yalnız 3 yaşına qədər həbsxanada öz məhbus analarının yanında qalıb yaşaması nəzərdə tutulsa da, bəzən həmin uşaqlar 6 yaşına qədər zindanda yaşamaq məcburiyyətində qalırlar.
Bu xəbər oxucular tərəfindən 738 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed