Şrift:
Mahabaddakı kütləvi etiraz aksiyasından şok görüntülər (foto, video)
09.05.2015 [09:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran prezidenti Ruhani tapşırıq verdi


Daha çox kürdlərin yaşadığı İranın Mahabad şəhərində xalq ayağa qalxıb. Bizimyol.info xəbər verir ki, İran prezidenti H.Ruhani xalqa atəş açılmaması ilə bağlı tapşırıq verib. Prezident həmçinin məsələnin araşdırlıması üçün tapşırıqlarını da verib.
Mahabaddakı kütləvi etiraz aksiyasından şok görüntülər (foto, video)

Mahabaddakı kütləvi etiraz aksiyasından şok görüntülər (foto, video)

Mahabaddakı kütləvi etiraz aksiyasından şok görüntülər (foto, video)


Xatırladaq ki, Mahabad şəhərində kürd qızı 26 yaşlı Farinaz, təhlükəsizlik orqanlarının işçilərinin təcavüzündən özünü qorumaq üçün çalışdığı hotelin 4-cü mərtəbəsindən özünü aşağı atıb. Bu hadisəni öyrənən şəxslər isə küçələrə axışıb. Farinazın çalışdığı "Tara" hoteli yandırılıb. Hadisələr zamanı etirazçılardan 2 nəfər həyatını itirib, 26 nəfər isə yaralanıb. Hadisələr nəticəsində polis 15 nəfəri həbs edib. Təhlükəsizlik güclərindən 3 nəfər ağır yarlanıb. Etirazçılar hotel sahibi Nadir Moludinin həbs edilməsini tələb ediblər. Hotel yandırılsa da etirazlar bəzi bölgələrdə hələ də davam edir. Bizimyol.info həmin görüntüləri təqdim edir.(Bizimyol.info)


Bu xəbər oxucular tərəfindən 650 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed