Şrift:
Dünən Bakı şəhərində 35 cinayət hadisəsi qeydə alınıb
13.01.2012 [12:11] - Hadisə
Bakı şəhər Baş Polis İdarəsindən DAVAM.AZ-a daxil olan məlumata görə, 12 yanvar 2012-ci ildə Bakı şəhərində 35 cinayət faktı qeydə alınıb ki, onların da 18-i "isti izlər"lə açılıb. Axtarışda olan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Bakı şəhər avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 10 nəfər yaralanıb. Bakı şəhər polis orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli olduğuna görə 6 nəfər tutulub.
Bu xəbər oxucular tərəfindən 597 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed