Şrift:
Dövlət Komitəsi: ABŞ-ın Din Azadlığı üzrə Komissiyasının hesabatı qərəzli və qeyri-obyektivdir
09.05.2015 [09:05] - Gündəm, İslam dini
Azərbaycanın tolerantlıq ənənələri bütün dünya ölkələri üçün nümunədir. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Amil Cavadov ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyasının (USCIRF) dünyada din azadlığı haqqında illik hesabatına münasibət bildirərkən deyib.

A.Cavadov qeyd edib ki, ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyasının (USCİRF) dünyada din azadlığı haqqında illik hesabatında Azərbaycandakı dini durumla əlaqədar verilən malumatlar qərəzli və qeyri-obyektiv xarakter daşıyır: "Həmin məlumatlar Azərbaycanda mövcud tolerant və multikultural mühitə kölgə salmağa, ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa yönəlmiş cəhddən başqa bir şey deyildir".

Komitə rəsmisi bildirib ki, Azərbaycan tolerant və multikultural dəyərlərə sahib ölkədir və respublikamızda dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün insanlar bərabər hüquqludurlar: "Azərbaycanda dini etiqad azadlığı qanunla təmin olunur və insanların dini ibadətlərini həyata keçirmələri üçün hər cür şərait yaradılıb. Azərbaycanın tolerantlıq ənənələri bütün dünya ölkələri üçün nümunədir və bu bütün dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən birmənalı qəbul edilib".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaxın günlərdə hesabatla bağlı ətraflı mövqeyini açıqlayacaq.
Bu xəbər oxucular tərəfindən 819 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed