Şrift:
ARDNF iri irriqasiya layihəsinə 1,17 milyard dollardan çox vəsait ayırıb
11.05.2015 [11:13] - Gündəm, İqtisadiyyat
2015-ci il aprelin 1-nə olan məlumata görə, ARDNF (Azərbaycan Respublikası Dövlət Neft Fondu) Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 1,17 milyard manatdan çox vəsait ayırıb. Bu barədə ARDNF məlumat verir.

Məlumatda bildirilir: "O cümlədən, 532,7 milyon manat su elektrik stansiyasının tikintisi ilə birlikdə Taxtakörpü su anbarının tikintisinə ayrılıb. Taxtakörpü-Ceyranbatan və Vəlvələçay-Taxtakörpü kanallarının tikintisinə müvafiq olaraq 410,7 milyon manat və 167 milyon manat ayrılıb".

Vəsaitin yerdə qalan hissəsindən layihə qrupunun saxlanmasına 3,56 milyon manat, texniki və tender sənədlərinin hazırlanmasına, eləcə də digər xərclərə 32,4 milyon manat ayrılıb.

Məlumata əsasən, bu ilin birinci rübündə ARDNF-dən göstərilən layihələrə 25 milyon manat ayrılıb.
Bu xəbər oxucular tərəfindən 790 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed