Şrift:
Traxtur komandasının türkiyəli tərəfdarları Azadi stadionunda (video)
13.05.2015 [12:25] - Güney Azərbaycan xəbərləri, davam TV, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol takımının tərəfdarları Azərbaycan və İran sərhəddini aşır. Bu komandanın artıq müxtəlif ölkələrdə o cümlədən Azərbaycan Cümhuriyyəti və Türkiyədə çoxlu tərəfdarları var.
Mayın 10-da (ordibeheştin 20-də) Tehranın Azadi stadionunda bu şəhərin “İstiqlal” komandası ilə “Traxtur” arasında keçirilən müsabiqə olduqca prinsipial və mühüm sayılırdı. Həmin müsabiqə (4 – 1) hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşınca Azərbaycan komandasının tərəfdarları arasında həyəcan artdı, bir çox şəhərdə şənlik mərasimləri keçirildi.

“Traxtur-İstiqlal” müsabiqəsində Türkiyə vətəndaşlarıda Azadi stadionunda tamaşaçı qismində iştirak edib. Onlardan biri İzmir bölgəsindən olub və sevdiyi komandasını izləmək üçün Azadi stadionuna gəlib.

VİDEO:

Bu xəbər oxucular tərəfindən 793 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed