Şrift:
Pentaqon rəhbəri: "İranlı alimi kimin öldürməsi barədə təxminlərimiz var"
13.01.2012 [13:07] - Gündəm
"Birləşmiş Ştatlar bu cür əməliyyatlarda iştirak etmir"



ABŞ-ın müdafiə naziri Leon Panetta bu gün çıxışında İranda partladılaraq öldürülən nüvə aliminin qatilinin kimliyi haqda öz ehtimallarını açıqlayıb. O keçirdiyi brifində deyib ki, alimi kimin öldürdüyü haqda təxminləri var. "Reuters" yazır ki, bununla belə, müdafiə naziri nəzərində kimi tutduğu haqda ətraflı məlumat verməyib.

“Sizə bir şeyi deyə bilərəm. Birləşmiş Ştatlar bu cür əməliyyatlarda iştirak etmir. Bu hadisəni törədənlər haqda bizim müəyyən ehtimallarımız var, amma onun dəqiq kim olduğunu bilmirik”,- deyə L. Panetta əlavə edib.

Xatırladaq ki, İran nüvə mərkəzinin əməkdaşı 32 yaşlı alim-fizik Mustafa Əhmədi Rovşan çərşənbə günü həlak olub. Motosikldə onun avtomobilinə yaxınlaşan iki nəfər naməlum şəxs alimin maşınına partlayıcı qurğu atıb. Nəticədə alim və onun sürücüsü dünyasını dəyişib.

Bu gün səhər isə İranın dini lideri ayatolla Əli Xamenei alimin öldürülməsində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və “Mossad” qruplaşmasını ittiham edib.
Bu xəbər oxucular tərəfindən 939 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed