Şrift:
Təbriz Şəhər Şurasının üzvü: Təbriz 25 il öncəyə nisbətən daha da geridədir
14.05.2015 [12:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin Şəhər Şurasının üzvü bu şəhərin iqtisadi vəziyyəti və işsizlik səviyyəsi ilə bağlı önəmli məsələlərə toxunub.
MəhəmmədHüseyn Cəfəri bildirib ki, “Təbriz 25 il öncəyə nisbətən daha da geridədir və bu şəhərdə işsizlik səviyyəsi 30 faizə çatıb. Halbu ki, keçən illərdə oxşar müddətdə bu rəqəm 2 vəya 3 faiz olub.”

Şəhər Şurasının üzvü sözlərinin davamında bildirib ki, “Şərqi Azərbaycan Vilayətinin sənayesi köhnəlib, ona görə də bununla bir başa əlaqəli olan işsizlik səviyyəsi artıb.”

M.Cəfəri bütün bu vəziyyətdən nigaranlığını bildirərək daşımacılıq sisteminin yaxşılaşması və Təbriz-Miyana dəmiryolu və Təbriz-Səhənd caddəsinin çəkilib tamamlanmasını istəyib. O həmçinin azərbaycanlıları ciddi təhlükə ilə üz-üzə qoyuna Urmu gölü böhranının aradan qaldırılmasını da dövlətdən tələb edib.
Bu xəbər oxucular tərəfindən 880 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed