Şrift:
Traxtur-Neft müsabiqəsi bərabər hesabla sona çatdı
16.05.2015 [10:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Traxtur super liqa müsabiqələrinin ikincisi oldu



Təbrizin səhənd stadionunda bu şəhərin məşhur “Traxtur” futbol komandası ilə Tehranın “Neft” takımı arasında keçirilən müsabiqə bu dəqiqələrdə bərabər hesabla sona çatdı.
Son həftələrdə cədvəlin 1-ci yerində olan “Traxtur”, İran üzrə futbol klublarının super liqa rəqabətlərinin 30-cu və sonuncu həftəsində keçirilən müsabiqədə “Neft”in qarşısında dayandı. “Traxtur” oyunçusu Andranik Teymurian hakim (davər) tərəfindən 63-cü dəqiqədə oyundan çıxarıldıqdan sonra “Neft” öz hücumlarını artıra bildi və nəhayət müsabiqə 3:3 bərabər hesabla sona çatdı.

“Traxtur” tərəfindən Lusanyo Edinyo 37, Andranik Teymurian 45 və Fərid Behzad Kərimi 61-ci dəqiqədə qol vurdular. “Neft” tərəfindən isə Əlirza İzzəti 6, Əli Qurbani 76 və Padvani 80-cı dəqiqədə qol vurdular.

Təsminən 100 min nəfərdən çox “Traxtur” tərəfdarının qatıldığı stadionda hər kəs “Traxtur”un çempoin olacağını gözlədiyi bir halda İsfahanın “Fulade Mubarekeye Sepahan” komandası Kərəcin Saypa takımını 2:0 hesabı ilə məğlubiyyətə uğratdı və bununla da bu ilki super liqa rəqabətlərinin çempionu oldu. “Traxtur” isə Sepahandan sonra 2-ci və “Neht” komandası 3-cü yerdə qərarlaşdılar.
Bu xəbər oxucular tərəfindən 763 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed