Şrift:
GünAz TV araşdırma mərkəzi Böyüklərimiz kitabını təqdim etdi
16.05.2015 [10:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Araşdırma Mərkəzi Azərbaycanın güney və quzeyindən olan alimlərin birgə əməyi ilə ərsəyə gələn “Böyüklərimiz” kitabını təqdim etdi.
“Böyüklərimiz” kitabında Azərbaycanın böyük və məşhur şəxsiyyətlərinin dünya görüşü və onların milli kimliyimizin formalaşmasında olan rolu işıqlandırılır. Bu kitabda Əli bəy Hüseynzadə, Seyid Cəfər Pişəvəri, Əli Təbrizi, Məhəmmədtağı Zehtabi, və s. kimi şəxsiyyətlər və onların həyat və fəaliyyətindən bəhs olunur.

Bu əsər GünAz TV başqanı Əhməd Obalının təşəbbüsü və Prof. Nəsib Nəsibli, Prof.Cəmil Həsənli, Prof. Ədalət Tahirzadə və Prof. Fridun Ağasıoğlunun əməyi nəticəsində 19 bölümdə (fəsl) hazırlanıb.

Bu yaxınlarda GünAz TV saytında kitabın latin və ərəb əlifbası ilə (türk dilində) PDF formatı yayılacaq.

“Böyüklərimiz” kitabı mövzu ilə əlaqədar Azərbaycan Milli Hərəkat fəalları və millətimizin məlumatını zənginləşdirmək məqsədi güdür.

Saytımızda kitabla bağlı daha ətraflı məlumat yayılacaq.
Bu xəbər oxucular tərəfindən 888 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed