Şrift:
Britaniyalı politoloq erməni mətbuatının yalanını ifşa etdi
16.05.2015 [10:31] - Gündəm, Müsahibə, Qərbi Azərbaycan-İrəvan
Britaniyalı politoloq, London Universiteti yanında Şərqşünaslıq Araşdırmaları Mərkəzinin elmi işçisi Lourens Broers müsahibəsində Ermənistan mətbuatının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda qondarma "parlament seçkiləri"nə müşahidəçi qismində baş çəkməsi barədə yaydığı məlumatı təkzib edib.

Onun sözlərinə görə, mayın 3-də "seçkilər" zamanı Dağlıq Qarabağda olmayıb: "Dağlıq Qarabağda hər hansı seçkidə omamışam və bu ərazidə seçki prosesini heç vaxt izləməmişəm".

L.Broers deyib ki, Ermənistanın "Asbarez" portalı "World Politics Review" internet jurnalına müsahibəsinin bəzi şərhlərindən istifadə edib: "Portal bu şərhləri təhrif edərək guya mayın 3-də məndən alınan müsahibədə istifadə edib".

Politoloq qeyd edib ki, bu, çox qeyri-peşəkar və qeyri-etik addımdır: "Dağlıq Qarabağda martda Avropa İttifaqının regionda sülhün dəstəklənməsi üzrə "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə Avropa tərəfdaşlığı" təşəbbüsü çərçivəsində olmuşam. Bu səfər həmişəki kimi Azərbaycan Xarici İşlər Nazirliyinin razılığı ilə baş tutub. İştirak etdiyim tədbirdə sülh prosesinin gələcəyi, Madrid prinsipləri müzakirə edilib. Bütün tərəflərin bəyəndiyi belə səfərlər adi işdir və etimad tədbirlərinin möhkəmləndirilməsi üçün zəruridir".

"Asbarez" portalının L.Broersin "seçkilər"i tanıması barədə məlumatını şərh edən politoloq vurğulayıb ki, nəşrin jurnalistləri onunla əlaqə yaratmayıblar və buna görə də bu məsələ ilə bağlı onun fikirləri barədə danışmaq hüququna malik deyillər: "Azərbaycan və beynəlxalq ictimaiyyət həmin "seçkilər"i qeyri-legitim hesab edir, çünki onlar azərbaycanlıların zorla çıxarıldığı ərazilərdə keçirilir. Buna görə də bütün elektoratın, o cümlədən azərbaycanlıların iştirakı olmadan həmin "seçkilər" beynəlxalq ictimaiyyət tərəfindən hüquqi hesab edilmir".
Bu xəbər oxucular tərəfindən 855 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed