Şrift:
Hindistanda sərnişin qatarı traktorla toqquşub, 10 nəfər ölüb, 30 nəfər xəsarət alıb
21.05.2015 [10:47] - Gündəm, Hadisə
Hindistanda sərnişin qatarının traktorla toqquşması nəticəsində azı 10 nəfər ölüb, 30-dan çoxu xəsarət alıb.

TASS agentliyinin verdiyi xəbərə görə, qəza ölkənin şimalındakı Uttar-Pradeş ştatında qeydə alınıb.

Məlumata əsasən, Bicnor şəhərindən 2 km aralıda sərnişinlərlə dolu qatar nəzarətsiz dəmiryolu keçidində traktora çırpılıb.
Bu xəbər oxucular tərəfindən 756 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed