Şrift:
Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçiriləcək
23.05.2015 [11:11] - Gündəm, Diaspor
Bu il mayın 26-da Rusiya Federasiyasının Həştərxan vilayəti hökumətinin sədri, vitse-qubernatoru Konstantin Markelov Azərbaycana səfər edəcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) verdiyi məlumata görə, səfər çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Rusiya İşgüzar Görüşü keçiriləcək.

Görüş zamanı Rusiya Federasiyasının Həştərxan vilayətində yerləşən sənaye-istehsal tipli xüsusi iqtisadi zonasına dair geniş məlumat veriləcək.
Bu xəbər oxucular tərəfindən 991 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed