Şrift:
Ruhani yaradacağına söz verdiyi Türk dili və ədəbiyyatı mədəniyyət evini yaratmadı!
23.05.2015 [11:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran prezidenti yaradacağına söz verdiyi “Türk dili və ədəbiyyatı mədəniyyət evi” deyil, istehza mərkəzi yaratdı!



İran prezidenti Həsən Ruhani seçki qabağı təbliğat-təşviqat dönəmində azərbaycanlılara Urmu gölü böhranını aradan qaldırmaq, “türk dili və ədəbiyyatı mədəniyyət evi”nin yaradılması və s. sözlər vermişdir. Aradan uzun müddət keçdikdən sonra verilən vədlərin heç birinə əməl edilməyib və bu barədə əhali davamlı olaraq H.Ruhaninin verdiyi sözləri ona xatırladıb.
Mayın 20-də (ordibeheştin 30-da) Təbrizə səfərə gelən Ruhani Urmu gölü böhranı və son günlərdə gündəmdə olan “Traxtur-Neft” müsabiqəsində baş verən hadisələrə ötəri işarə etsə də, “türk dili və ədəbiyyatı mədəniyyət evi”nin yaradılmasına toxunmadı. Bu məsələ azərbaycanlılar tərəfindən geniş müzakirə olduğu bir vaxtda “Cümhuriye islamı” xəbər agentliyi “Azərbaycan mədəniyyət, ədəbiyyat və incəsənət mərkəzi”nin yaradıldığı barədə məlumat yayıb. Məlumata görə, H.Ruhanin mərkəzin açılış mərasimində bildirib ki, “bu mərkəzin yaradılması ilə azərbaycanlılara verilən vəd yerinə gətirilmiş oldu.”

Mədəniyyət və İrşad naziri Əli Cənnəti isə mövzu ilə bağlı bunları deyib:

““Azərbaycan mədəniyyət, ədəbiyyat və incəsənət mərkəzi”nin yaradılması bölgə əhalisinə verilən vədin yerinə gətirilməsi istiqamətində atılan addımdır. Bu mərkəz azəri dilinin güclənməsi uğrunda fəaliyyət göstərəcək və buna görə də, məşhur şair Pərvin Etisaminin evi həmin mərkəzin təsisi üçün nəzərdə tutulub.”

Bildirək ki, bu oyuncaq mərkəzin açılış mərasiminə Həsən Ruhani qatılmayıb. O sadəcə konfransın Videokamerası vasitəsi mərkəzin açılışını edib. Ruhani belkə ona görə qatılmayıb ki, bu oyuncaq mərkəzin açılış mərasiminə tənəzzül edib və getmək mənasızdır!

Qeyd edək ki, sözü gedən mərkəz və onun yaradılması Həsən Ruhaninin “türk dili və ədəbiyyatı mədəniyyət evi”nin yaradılması vədinə heç bir əlaqəsi yoxdur. Yenə də dilimiz türk dili deyil azəri dili adlandırılır, yenə də türklərin kimliyi və mövcudluğu inkar edilir və görünən odur ki, bu mərkəzin fəaliyyəti türk kimliyini təhrif etmək və zəiflətməkdən ibarət olacaq.
Bu xəbər oxucular tərəfindən 855 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed