Şrift:
Televiziyalar bayağı verilişlər əvəzinə vətənpərvərlik verilişləri verməlidir
23.05.2015 [12:15] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Hamımız bir yerdə vəziyyəti dəyişməyə çalışmalıyıq”


“Mən təəssüf hissi ilə qeyd etməliyəm ki, gənclər arasında milli-mənəvi dəyərlərə bağlılıq o qədər də yüksək səviyyədə deyil. Təbii ki, bunu bütün gənclərə şamil eləmirəm”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Fərəc Quliyev bildirib. F.Quliyev hər kəsin bu məsələdə öz üzərinə düşən işi yerinə yetirməli olduğunu qeyd edib:
“Bizdə çox fəal, vətənpərvər gənclik yetişib. Mən onlarla fəxr edirəm. Amma bəzi gənclər haqqında bunu söyləmək mümkün deyil. Əslində bunun günahı gənclərdə deyil. Televiziyalar bayağı verilişlər əvəzinə vətənpərvərlik verilişləri verməlidir. Şəhidlərimiz, qəhrəmanlarımızla bağlı epizodların yetərincə göstərilməməsi, vətənpərvər insanların təqdim və təbliğ edilməməsi bu məsələdə mənfi rol oynayır. Hamımız bir yerdə vəziyyəti dəyişməyə çalışmalıyıq”.

Seymur Əliyev
Bu xəbər oxucular tərəfindən 944 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed