Şrift:
Tehranda Xamneyinin ofisinin partladılması xəbəri yayıldı - 295 nəfərin öldüyü deyilir
26.05.2015 [09:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın paytaxtı Tehranın mərkəz küçələrinin birində ali dini lider Əli Xamneyiyə aid olduğu bildirilən binalardan birində güclü partlayış olduğu haqda xəbərlər yayılıb.
Davam.az Avropa.info-ya istinadən xəbər verir ki, məlumatı ərəb mediası yayıb. Eyni zamanda İranın "Ahvaz TV" kanalı da bu haqda xəbər verib.
Xəbərlərdə partlayış zamanı azı 295 nəfərin öldüyü, 2650 nəfərin isə yaralandığı bildirilir.

Partlayışların səbəbi və kim tərəfindən törədildiyi haqda isə hələ ki, heç bir məlumat verilmir.
Bu xəbər oxucular tərəfindən 732 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed