27.05.2015 [16:03] - Xəbərlər, Siyasət, Müsahibə
“Azərbaycana qara yaxmaq, onun imicinə beynəlxalq aləmdə təsir göstərmək, onun bugünkü inkişafına mane olmaq üçün müxtəlif addımlar atırlar. Dünyanın bəzi yerlərində buna şərik çıxanlar da var. Bu baxımdan, Birinci Avropa Oyunları ərəfəsində gedən proseslər də bu xarakterdən, bu səciyyədəndir”.
Bu barədə "Azernews" qəzetinə müsahibəsində Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Birinci Avropa Oyunları ərəfəsində bəzi dairələrin Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasına münasibət bildirərkən deyib.
N.Məmmədov bildirib ki, bu gün dünyada 200-ə yaxın dövlət var və onlardan 193-ü Birləşmiş Millətlər Təşkilatının üzvüdür: “Müəyyən sənədlər, bəyanatlar, konvensiyalar, müqavilələr var. Amma bu sənədlərin həyata keçirilmə mexanizmi nəticələri başqa cür göstərir. Bu baxımdan mən əsas onu qeyd edirəm ki, dövlətlərin hər biri öz maraqlarını həmişə daha üstün tutaraq başqaları ilə əməkdaşlıqda ondan istifadə etmək istəyirlər. Bu da özünü bütün proseslərdə göstərir. Bu baxımdan hansı dövlət ki, güclüdür, o daha çox öz imkanlarından istifadə etmək istəyir, beynəlxalq hüquq norma və prinsiplərindən yox. Hansı dövlət ki, güclü inkişaf edir, ona qarşı bir qısqanclıq, paxıllıq yaranır, onun qarşısını almaq üçün sanki müəyyən addımlar atılır. Hansı dövlət nə qədər zəifdirsə, bacarıqsızdırsa, imkanı yoxdursa, ondan istifadə etmək asandır. Ona görə də bir sıra böyük dövlətlərin marağındadır ki, digər dövlətlər zəif, problemlər içərisində olsun, onlara kömək, yardım adı ilə istədiklərinə çatsınlar. Bu baxımdan əlbəttə ki, Azərbaycanın inkişafı bu gün müxtəlif dövlətlərin, müxtəlif dairələrin çox ciddi qısqanclığına səbəb olur”.
N.Məmmədov deyib ki, müxtəlif dairələr özlərinin imkanlarından istifadə edərək, Azərbaycana qara yaxmaq, onun imicinə beynəlxalq aləmdə təsir göstərmək, onun inkişafına mane olmaq üçün müxtəlif addımlar atırlar: "Bu nöqteyi-nəzərdən birinci Avropa Oyunları ərəfəsində gedən proseslər də o xarakterdən, yəni o səciyyədən olan problemlərdir. Bilirsiniz, özümüz birbaşa canfəşanlıq edərək buna gəlib çıxmadıq. Avropa Olimpiya Komitəsi bunu təklif etdi. Əslində, Azərbaycan bir tərəfdən bununla bağlı yardım göstərir və biz dünyanın, bəşəriyyətin tarixində ilk dəfə olaraq I Avropa Oyunlarını keçiririk. Bu idman oyunlarını ən yüksək səviyyədə keçirəcəyik. Bütün dövlətlərin rəhbərləri deyir ki, biz bu məsələdə sizi dəstəkləyirik. Amma onların müəyyən başqa vasitələri, resursları çıxıb müxtəlif kampaniyalar aparırlar”.
PA rəsmisi qeyd edib ki, bu, xoşagəlməz hadisədir: "Əslində, bu kampaniya təkcə I Avropa Oyunları ilə bağlı deyil. Azərbaycana qarşı belə proseslər həmişə aparılır. Hamısı haqqında danışmıram. “Eurovision” mahnı müsabiqəsi zamanı da bunu etdilər, amma biz o zaman da necə lazım idi, yüksək səviyyədə keçirdik, elə bu idman oyunlarını da yüksək səviyyədə keçirəcəyik. Bir tərəfdən də, düşünmək olar ki, belə bir qısqanclıq, belə bir niyyətlər həmişə olub, var. Onları gərək elə olduğu kimi qəbul edib, bu fəaliyyətlərə qarşı möhkəm, xalqla onun rəhbərinin birliyini təmin edək ki, işlərimiz uğurla getsin”.

Bu xəbər oxucular tərəfindən 1098 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |