Şrift:
Güclü yağış Gəncəni işıqsız qoyub
29.05.2015 [11:12] - Gündəm, Hadisə
Kəpəz TV (Region TV) xəbər verir ki, dünən saat 18:00 radələrində Gəncədə güclü küləklə müşahidə olunan leysan yağış yağıb. Bir neçə dəqiqə davam edən güclü yağışla əlaqədar şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

“Azərişıq” ASC-nin Gəncə Regional Nümayəndəliyindən verilən məlumata görə, elektirk enerjisində məhdudiyyətin yaranmasına səbəb Şəmkir SES-də baş verən qəzadır. Leysan şəhərin küçə və prospektlərində avtomobillərin hərəkətini çətinləşdirib. Şəhərin aidiyyati strukturları gücləndirilmiş iş rejiminə keçib.
Bu xəbər oxucular tərəfindən 674 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed