Şrift:
Fatih Terim: "Azərbaycan klubları ilə yoldaşlıq görüşü keçirə bilərik"
16.01.2012 [08:53] - İdman
Türkiyənin "Qalatasaray" klubu Azərbaycan komandaları ilə yoldaşlıq görüşü keçirə bilər.

Bu barədə açıqlamasında "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim Superliqanın XX turu çərçivəsində "Karabükspor"la oyundan sonra məlumat verib.
 
Azərbaycanda çox sevildiklərini bildirən Terim qış hazırlıqları dönəmində hər hansı bir klubumuzdan rəsmi təklif alacaqları təqdirdə, yoxlama görüşü keçirəcəklərini vurğulayıb.  
 
Qeyd edək ki, "Qalatasaray" - "Karabükspor" matçı 5:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Bu xəbər oxucular tərəfindən 1404 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed