Şrift:
Azərbaycan İraqda neft yatağının işlənməsini həyata keçirəcək
03.06.2015 [12:52] - Gündəm, İqtisadiyyat
Bu barədə energetika naziri Natiq Əliyev bildirib.

"İraq Azərbaycana böyük maraq göstərir. Buna görə də, İraqın neft naziri Adil Abdulmahdi ilə mən Anlaşma Memorandumu imzaladıq və əməkdaşlığımızın əsasını qoyduq. Memoranduma əsasən, Azərbaycanın Energetika Nazirliyi və Dövlət Neft Şirkəti (SOCAR) və İraq Milli Neft Şirkəti birgə qrup yaradır. Biz nəzərdə tutmuşuq ki, İraqda bir neft yatağın işlənməsini həyata keçirək. Bundan başqa, İraq tərəfinə Azərbaycandakı layihələrdə iştirak etmək üçün təklif etdik. Bu istiqamətdə danışıqlar davam edəcək", - deyə nazir qeyd edib.

Qeyd edək ki, iyunun 2-də Bakıda Azərbaycanın energetika naziri Natiq Əliyev, SOCAR prezidenti Rövnəq Abdullayev və İraqın neft naziri Adil Abdulmahdi arasında görüş keçirilib.

Görüş çərçivəsində nazirlər arasında İraqda neft-qaz layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb.
Bu xəbər oxucular tərəfindən 876 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed