Şrift:
Rusiyada daha bir döyüş təyyarəsi qəzaya uğrayıb
05.06.2015 [01:45] - Gündəm, Hadisə
Rusiyanın Voronej vilayətində “Su 34” tipli bombardmançı təyyarə eniş edərkən qəzaya uğrayıb.

Bu barədə “İnterfaks”a Rusiya Müdafiə nazirliyinin mətbuat xidmətindən bildirilib.

“İyunun 4-də 16.30 radələrində “Su 34” tipli bombardmançı təyyarə Voronej vilayətində eniş edərkən təyyarənin əyləc paraşütü açılmayıb. Təyyarə eniş-uçuş zolağından kənara çıxaraq aşıb. Təyyarənin ekipaj üzvləri xəsarət almayıb”, deyə məlumatda bildirilir.

Bundan əvvəl Həştərxan vilayətində “Miq-29” qırıcı təyyarəsi qəzaya uğrayıb. Hər iki pilot katapult edilib. Qəzanın səbəbləri müəyyən edilənədək bu tip təyyarələrin uçuşuna müvəqqəti qadağa qoyulub.
Bu xəbər oxucular tərəfindən 629 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed