Şrift:
Bakıda tələbə oğlan faciəvi şəkildə öldü
17.01.2012 [11:29] - Hadisə
Bu gün Bakıda bədbəxt hadisə baş verib.

Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsindən verilən məlumata görə, Xutor adlanan ərazidə, “Yeganə” şadlıq sarayının yaxınlığında, sıra 1, ev 22 ünvanında 1988-ci il təvəllüdlü Ələkbərov Zamir Aydın oğlunun meyiti aşkarlanıb.

İlkin müayinədən sonra Z. Ələkbərovun dəm qazından boğulması müəyyənləşib. Faktla əlaqədar rayon prokurorluğu araşdırmalara başlayıb.

Qeyd edək ki, ölən şəxs 4-cü kurs tələbəsi olub.
Bu xəbər oxucular tərəfindən 861 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed