Şrift:
Abbas Əraqçi: -Müzakirə aparan tərəflər bir-birinə inanmır
08.06.2015 [12:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Qərblə nüvə danışıqları aparan nümayəndə heyətinin üzvü Abbas Əraqçi iyunun 6-da Vyanada jurnalistlərə açıqlamasında müzakirə tərəflərinin bir-birinə qarşı etimadsızlığından danışıb.
Abbas Əraqçi deyib ki, mümkün yekun razılaşmasından əvvəlki şəraitə dönüş imkanına yiyələnmək hər iki tərəf üçün bir əsldir: “Nüvə müzakirəsi aparan tərəflərin heç biri bir-birinə inanmır. Biz danışıqlara etimadsızlıq prinsipini nəzərə alaraq qatılmışıq. Daha doğrusu, İran qarşı tərəfə heç cürə inanmır. Qarşı tərəf də İrana inanmır. Bu etimadsızlıq isə qarşılıqlıdır.

Müzakirələrdən əvvəlki şərait və mövqeyə qayıda bilmək imkanı mühüm bir əsldir. Hər iki tərəfin bu məsələdə nəzəri eynidir. Yekun razılaşmada hər şey elə tənzimlənəcək ki, əgər müzakirə tərəflərindən hər birisi qarşı tərəfin üzərinə götürdüyü öhdəlikləri pozduğunu hiss etsə danışıqlardan əvvəlki şərait və mövqeyinə qayıda bilsin”.

Qeyd edək ki, İranla 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) arasında aparılan danışıqların yekun nəticə verməsi üçün iyunun sonuna qədər vaxt təyin edilib.
Bu xəbər oxucular tərəfindən 686 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed