Şrift:
Ərdəbil vilayəti ilə Azərbaycan Respublikası arasında ticari-iqtisadi əlaqələr yüksək səviyyədə
08.06.2015 [13:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi və Qərbi Azərbaycan, ələcə də Ərdəbil vilayəti qardaş Azərbaycan və Türkiyə cümhuriyyəti ilə əməkdaşlıq səviyyəsini yüksəltməyə çalışır.
Ərdəbil Vilayəti xarici ticarət inkişafı qurumunun sədr müavini bildirib ki, ötən il Ərdəbil vilayətinin ixrac etdiyi malların 85.74 faizi Azərbaycan Cümhuriyyətinə satılıb.

Südeyif Beygzadə deyib ki, Ərdəbil vilayətinin ixrac etdiyi mallar əsasən Azərbaycan Cümhuriyyətinə aparılır və digər ölkələrin payı olduqca azdır. İxrac olunan malların 6.42 faizi İraqa, 3.25 faizi Gürcüstana və 2.29 faizi Əfqanistana satılır. Bu sahədə Pakistan, Yəmən, Ermənistan, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Türkmənistan kimi ölkələrin payına 1 faizdən az düşür.

S.Beygzadənin sözlərinə görə, Ərdəbil vilayəti Azərbaycan Cümhuriyyətinə çoxlu mal ixrac etsə də, lakin bunun müqabilində idxal etdiyi malların miqdarı olduqca azdır, bu 1 faizə belə çatmır. S.Beygzadə bildirib ki, Ərdəbil idxal etdiyi malların 48 faizini Türkiyədən təmin edir.
Bu xəbər oxucular tərəfindən 951 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed