Şrift:
Azərbaycan İranda keçirilən İT sərgisində iştirak edir
09.06.2015 [11:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanın İT şirkətləri Tehranda keçirilən IV Beynəlxalq “INOTEX-2015” İnnovasiyalar və Texnologiyalar sərgisində milli pavilyonunda uğurlarını nümayiş etdirir. Bu barədə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına əsasən xəbər veririk.

Məlumatda deyilir ki, iyunun 9-da başlayan sərgi iyunun 12-dək davam edəcək.

Məqsəd sərgi iştirakçılarını Azərbaycan iqtisadiyyatı ilə tanış etmək, telekommunikasiya və yeni texnologiyalar sahəsində ən yeni texniki həllərin təqdimatını həyata keçirməkdir.

Sərgidə 20 ölkədən 500-ə yaxın şirkət iştirak edir. Sərginin əsas bölmələri aşağıdakılardır: innovativ texnologiyalar, neft-qaz və neft-kimya sənayesi üçün qurğular, yüksək texnoloji tibb və bio-tibbi mühəndislik, sənaye avtomatlaşdırılması və intellektual sistemlər, biotexnologiyalar, nanotexnologiyalar, bərpa edilən energetika, avia-kosmik texnologiyalar, tibbi və laboratoriya cihazları, aksesuarlar, infrastrukturlar, geologiya və yeni materiallar, optika, fotonika və lazerlər.
Bu xəbər oxucular tərəfindən 671 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed