Şrift:
Abbas Lisaninin bir illik həbs cəzası təsdiq edildi
11.06.2015 [11:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Davam.az “Amerikanin Səsi”-nin əldə etdiyi məlumata əsasən xəbər verir ki, Ərdəbil Apellyasiya Məhkəməsi tanınmış güneyli fəal Abbas Lisaninin ərizəsini rədd edərək , onun haqda çıxarılan bir illik həbs cəzasını təsdiqləyib.
Cənab Lisani məhkəmənin ictimaiyyət üçün açıq keçməsini tələb etmişdi. Lakin onun tələbi qəbul olunmayıb və onun müraciəti ilə bağlı 3 məhkəmə iclasının heç birində o özü iştirak etməyib.
Bir il həbs cəzası fəalın 2011-ci ildə Urmiyə gölü ilə bağlı keçirilən kütləvi etirazlarda iştirakı ilə əlaqədardır.
Qeyd olunur ki, Ərdəbil məhkəməsi Abbas Əsəd oğlu Lisanini 2011-ci ildə Urmiyə Gölü ilə bağlı bir layihənin [İran Parlamenti tərəfindən] rədd edilməsindən sonra Ərdəbil vilayətində əhalini şəhər meydanlarında etiraz aksiyası təşkil etməyə çağıran “separatçı qrupların əsas ünsürü” kimi təqdim edib.
Abbas Lisani bundan əvvəl də İranın müxtəlif məhkəmələri tərəfindən həbs cəzası alaraq dəfələrlə Ərdəbil, Təbriz, Yəzd və Əhər kimi şəhərlərin Ettelaat həbsxanaları və mərkəzi zindanlarında saxlanıb.
Amnesty International həmin illərdə onu vicdan məhbusu adlandırıb.
Bu xəbər oxucular tərəfindən 728 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed