Şrift:
Ərdəbildə azərbaycanlı millətçi şair dünyasını dəyişib
13.06.2015 [09:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz, Bildiriş
Güney Azərbaycanın Ərdəbil şəhərinin imam xəstəxanasında azərbaycanlı millətçi şair dünyasını dəyişib. Ürək çatışmazlığı xəstəliyindən xəstaxanaya yerləşdirilən Əlirza Bəxşi iyunun 1-də (xordadın 11-də) 40 yaşında həyatla vidalaşıb.
Həyatının son illərində şeir yazmağa xüsusi vaxt ayıran şair özünün və millətimizin acılarını qələmə alıb. Lakin təəssüflər olsun ki, şairə kitab nəşr etmək nəsib olmayıb. O, “Acı seçimlər” əsərinin nəşrə hazır olduğu bir zamanda dünyasını dəyişib.

Şairin yas törəni iyunun 3-də İmam Hüseyn məscidində keçirilib. Mərasimdə bir çox azərbaycanlı milli-mədəni fəal iştirak edib.

Şairi ağırlamaq məqsədi ilə iyunun 9-da Ərdəbildə Şəms küçəsinin hövze-yi hünəri evində xüsusi mərasim keçirilib. Mərasimin təşkil edilməsində bir çox fəal xüsusi ilə də xanım Əfsun Behnejad, doktor Şəhriyar Neməti və Əmir Rəcəbi böyük əmək sərf edib. Mərasimə Ərdəbil, Nir, Nəmin, Səreyn, Xalxal və Ənzəlidən olan millətçi şairlər qatılıb. Rəhim Qulami, Ruzbeh Səmədi, Behbud Muradi, Rəhim Əsədullahi, Haşim Fəal və s. şeirlər oxuyub və mərhum şairin haqqında öz bilgilərini paylaşıblar.

“ALLAH rəhmət eləsin”
Bu xəbər oxucular tərəfindən 1171 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed