Şrift:
Urmiyada saxlanılan fəallardan ikisi azadlığa buraxılıb
13.06.2015 [10:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyunun 7-də (xordadın 17-də) Urmiyə şəhərində saxlanılan Qulam Qulizadə və Əli Əzizi iyunun 11-də sərbəst buraxılıb. Sistemin əliyhinə təbliğdə suçlanan fəallar 50 milyonluq mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.
Onlardan bir gün öncə Urmiyədə saxlanılan Əta Kərimi və Sina Həsəni isə məhkəmə tərəfindən təyin edilən vəsiqəni təmin edə bilmədikləri üçün hələ də təcridxanada saxlanılır.
Qeyd edək ki, xəbər verdiyimiz kimi, İyunun 6-sı və 7-si Urmiyə şəhərində 4 nəfər azərbaycanlı fəal təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınmışdır. Məmurlar fəalları yaxalarkən kobud hərəkətlərə yol verib, onları ittihamları barəsində heç bir məlumat vermədən naməlum istiqamətə aparmışdır. Q.Qulizadənin yaxalandığı zaman məmurlar tərəfindən döyüldüyü bildirilmişdir.
Bu xəbər oxucular tərəfindən 795 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed