Şrift:
BAKIDA KEÇİRİLƏN İLK AVROPA OYUNLARININ AÇILIŞI (VİDEO)
13.06.2015 [13:06] - Xəbərlər, Güney Azərbaycan xəbərləri, davam TV
Bakı 1880-cı illərdə neft istehsalı üzrə dünya lideri olub, Bakının yanacağı olmadan II Dünya müharibəsi illərində Sovet İttifaqı almanlara heç bir neçə ay da müqavimət göstərə bilməzdi : "1990-1991-ci illərdə Sovet lideri Mixail Qorbaçov sovet əsgərlərini bir gecənin içində minlərlə insanın öldürülüb yaralandığı Bakıya göndərməklə məhv olan Sovet İttifaqını zülmət xaos girdabına yuvarladı. Erməni işğalçıları Azərbaycana hücum edib ölkə ərazisini işğal etməklə bu xaosu daha da gücləndirdi.

BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə baxmayaraq, 2015-ci ildə Azərbaycan ərazisinin 20 faizi hələ də Ermənistan işğalı altındadır".

Azərbaycan bu gün müasir ölkədir... və biz bu ölkəni çox az tanıyırıq. Bu gün ölkə parlaq hündür binalarla zəngindir... Lakin insanlar binalardan daha vacibdir. Azərbaycan 90 faizi müsəlman olan ölkədir.

Azərbaycan yəhudi, rus və digər millətlərin özlərini tamamilə rahatlıqda hiss etdiyi tolerant ölkədir.

Ölkə uğurlarının ən parlaq nümunəsi I Avropa Oyunlarıdır və bu oyunlar 3 min məmur və 2 min azərbaycanlı könüllünün hesabına mümkün oldu: “Azərbaycan qədim tarixə malik fəal, qürurlu, çoxmillətli ölkədir. Dini tolerantlığı və dünyəviliyi, zəngin karbohidrat ehtiyatları və savadlı insanları ilə seçilir.

Bu xəbər oxucular tərəfindən 1066 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed