Şrift:
I Avropa Oyunları keçirilmə səviyyəsinə görə Olimpiya Oyunlarından geri qalmır
15.06.2015 [10:13] - Gündəm, Siyasət
I Avropa Oyunları keçirilmə səviyyəsinə görə, Olimpiya Oyunlarından geri qalmır. Bu barədə almaniyalı azarkeş Aleksandr Lanq deyib.

O bildirib ki, hər şey yüksək səviyyədə təşkil olunub: “İlk növbədə Azərbaycan prezidentinin karate yarışlarında iştirak etməsi bizi heyrətləndirdi. Düşünürəm ki, karate və digər idman növləri üçün ölkə başçısı və ailəsinin yarışlarda iştirak etməsi, qalibləri mükafatlandırması müsbət məqamdır. Bu, idmana müsbət təsir göstərir”.

A.Lanq qeyd edib ki, onun Azərbaycanda çoxlu dostları var və alman idmançılardan başqa azərbaycanlı atletlərə də azarkeşlik edir.

O həmçinin I Avropa Oyunları çərçivəsində təhlükəsizlik səviyyəsini də yüksək qiymətləndirib: “Oyunlarda, xüsusilə idman arenalarında təhlükəsizlik tədbirlərindən razı qaldım. Bu da çox mühüm məsələdir”.
Bu xəbər oxucular tərəfindən 716 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed