Şrift:
Ermənistanda Rusiya əsgərinin meyiti tapılıb
15.06.2015 [14:36] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistanın Gümrü şəhərində 102 saylı Rusiya hərbi bazasının hərbi qulluqçusunun cəsədi tapılıb.

“news.am” saytının verdiyi xəbərə görə, meyit "Ana Ermənistan" kompleksinin ərazisində aşkar edilib.

Şirak vilayətinin prokuroru Raffi Aslanyan bildirib ki, qətlə yetirilmiş şəxs 102 saylı Rusiya hərbi bazasının hərbi qulluqçusu İvan Novikovdur. O qeyd edib ki, əsgərin bədənində bıçaq xəsarətləri aşkarlanıb.
Bu xəbər oxucular tərəfindən 1012 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed