Şrift:
Dubayın Mərkəzi Kitabxanasına Azərbaycan haqqında kitablar təqdim edilib
18.01.2012 [11:47] - Diaspor
Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov Dubay Əmirliyinin Mərkəzi Kitabxanasının müdiri İsa Əhməd Əl-Mulla ilə görüşüb.

S. İmanov kitabxanaya 1990-cı ilin 20 Yanvar hadisələrindən bəhs edən ərəb dilində kitablar, jurnallar, erməni terroruna dair müxtəlif dillərdə kitablar, Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ həqiqətləri” toplusunu, ərəb dilində “Azərbaycan haqqında 100 suala cavab”, Azərbaycanın mədəni irsi və tarixinə dair ərəb dilində kitablar, Azərbaycanın xəritəsini, təqvimlər təqdim edib. Diasporla iş üzrə dövlət komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, kitabxana müdiri İsa Əhməd Əl-Mulla ilə yanaşı müxtəlif dövlət nazirlik və komitələrinin nümayəndələrinin iştirakı ilə baş tutmuş görüşdə Samir İmanov Azərbaycanın keçdiyi ağır, lakin şanlı tarixindən söhbət açıb. BƏƏ-dəki Azərbaycan diasporunun lideri 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllərin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını bildirib. “Azərbaycan” Cəmiyyətinin sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verib, 1 milyondan artıq azərbaycanlının münaqişə nəticəsində qaçqın və məcburi köçkün qismində yaşadığını qeyd edib. Dubay Əmirliyinin Mərkəzi kitabxanasının müdiri İsa Əhməd Əl-Mulla Samir İmanova 20 Yanvar faciəsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı məlumat verdiyinə görə təşəkkürünü bildirib.

Kitabxana müdiri “Azərbaycan” Cəmiyyətinin sədrinə Dubayın Mərkəzi Kitabxanasına təqdim olunan müxtəlif adda 100-dək kitaba görə də təşəkkür edərək həmin kitabların əmirliyin digər kitabxanalarına da paylanacağını qeyd edib.
Bu xəbər oxucular tərəfindən 1227 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed