Şrift:
Davosda keçiriləcək 42-ci Dünya İqtisadi Forumunun proqramı açıqlanıb
18.01.2012 [17:32] - İqtisadiyyat
Bu il yanvarın 25-29-da Davosda keçiriləcək 42-ci Dünya İqtisadi Forumunun (DİF) proqramı açıqlanıb.

DİF-in mətbuat xidmətinin xəbərinə görə, “Böyük formasiya: yeni modellərin formalaşması” devizi altında keçiriləcək görüşün əsas mövzusu uzun müddət davam edən iqtisadi böhran şəraitində yeni iqtisadi modellərin axtarışı olacaq.

Forum 4 altmövzu üzrə keçiriləcək: artım və məşğulluq modelləri, liderlik və innovasiya modelləri, sabitlik və ehtiyatlar modelləri, sosial və texnoloji modellər. İqtisadi böhran şəraitində risklərin azaldılması və idarə olunması müzakirə ediləcək, “Qlobal risklər 2012” məruzəsi ayrıca müzakirə olunacaq.

Forumu Almaniya kansleri Angela Merkel açıq elan edəcək. Tədbirdə 2600 nəfərdən çox qonaq, o cümlədən Azərbaycan da daxil olmaqla 40 ölkənin dövlət və hökumət başçıları, 1600 biznes-lider iştirak edəcək.

Forumun işində BMT baş katibi Pan Gi Mun, Dünya Bankının prezidenti Robert Zellik, Ərəb Dövlətləri Liqasının baş katibi Nabil əl-Ərəbi də iştirak edəcək.
Bu xəbər oxucular tərəfindən 664 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed