Şrift:
Ruhani: -Nüvə danışıqları çox həssas mərhələyə çatıb
22.06.2015 [14:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran prezidenti Həsən Ruhani iyunun 21-də hökumət üzvləri ilə parlament deputatlarının birgə qatıldığı iclasda çıxış edərək ölkənin Qərblə apardığı nüvə müzakirələrinin həssas məqamlara çatmasından danışıb.
Nüvə danışıqlarının bütün ölkənin problemi olduğunu bildirən Ruhani deyib ki, İran nümayəndə heyəti 5+1 qrupu ilə müzakirələri əvvəlcədən təyin edilmiş müəyyən xətt və çərçivədə aparır: “Nüvə danışıqları artıq çox həssas bir mərhələyə çatıb. Bu mühüm müzakirələr ölkənin dini liderinin göstərdiyi istiqamət və xətt üzrə, eləcə də Ali Milli Təhlükəsizlik Şurası və ölkə konstitusiyasının müəyyən etdiyi çərçivədə aparılır və bundan sonra da aparılacaq”.

Həmin iclasda çıxış edən İran parlamentinin sədri Əli Laricani isə məsələyə münasibət bildirərək, danışıqların iyunun sonuna qədər müsbət nəticə verə biləcəyinə ümidvar olduğunu bəyan edib: “Aparılan nüvə danışıqları çox mürəkkəb müzakirələrdir. İndiki vaxtda bizim hər zamandan daha çox birliyə ehtiyacımız var. Hesab edirəm ki, bu məsələdə biz bir-birimizə etimad etməliyik. Nəzərə almaq lazımdır ki, nüvə müzakirələri mövzusunda bir-birimizdən şübhələnmək və bir-birimizə şübhə ilə yanaşmaq ziyanvericidir”.
Bu xəbər oxucular tərəfindən 723 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed