Şrift:
Baş Konsulluq: Azərbaycanın artan nüfuzu və qüdrəti erməni lobbisini narahat edir
22.06.2015 [14:35] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Azərbaycanın dünyada artan nüfuzu və qüdrəti, müxtəlif dairələrin qarayaxma kampaniyasına baxmayaraq, I Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi erməni lobbisini olduqca narahat edir. Bunu Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev deyib.

ABŞ-dakı erməni gəncləri assosiasiyasının Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu qarşısındakı aksiyasını şərh edən N.Ağayev bildirib ki, Baş Konsulluğumuz qarşısında keçirilən bu aksiya erməni lobbisinin nə qədər böyük çaşqınlıq və ümidsizlik içində olmasından xəbər verir.

N. Ağayev qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin dünyada getdikcə daha da ifşa olunması erməni lobbisini təşvişə salır: “Xüsusilə, Avropa İnsan Haqları Məhkəməsinin bu işğal və etnik təmizləmə ilə bağlı son qərarı erməni lobbisi üçün soyuq duş effekti yaradıb. Buna görə də, Ermənistan hökumətinin sifarişlərini yerinə yetirən erməni lobbisi bu məhkəmə qərarından, eləcə də Ermənistanın korrupsioner hökumətinin fəaliyyəti nəticəsində ölkədə insan haqlarının kobud şəkildə pozulmasından diqqəti yayındırmaq üçün belə gülünc addımlara əl atır. Ancaq erməni lobbisi bununla heç nəyə nail olmayacağını anlamalıdır”.

Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi daha əvvəl “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarını açıqlayıb. Məhkəmə Ermənistanın Azərbaycan torpaqlarını işğalına görə beynəlxalq məsuliyyət daşıdığını təsdiq edib.
Bu xəbər oxucular tərəfindən 779 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed