Şrift:
Rəfsəncani: Əhmədinejadın 8 illik hökuməti cəmiyyətin canına düşən quduzluq xəstəliyi kimi bir şey idi
23.06.2015 [02:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncani bir qrup Dezful əhalisi ilə görüşərək ölkənin üz-üzə qaldığı problemlərdən və həmin problemlərin ortaya çıxmasında rolu olan keçmiş prezident Mahmud Əhmədinejad hökumətindən danışıb.
Əhmədinejad hökumətini boşboğazlıqda və yalnız şüar verməkdə günahlandıran Rəfsəncani onun ölkə prezidenti vəzifəsinə seçilməsində rolu olan bir sıra ruhanilərdən gileylənib: “İnsafla danışsaq əgər, Əhmədinejadın vəzifə üçün irəli sürülüb təqdim edilməsində və ona dəstək verilməsində ruhanilərin böyük təqsiri var. Təəssüflər olsun ki, həmin ruhanilərin çoxu indi də ona dəstək verir, əvvəlki mövqelərindən hələ də əl çəkməyiblər.

Əhmədinejad hökuməti cəmiyyətdə əxlaq və onun prinsiplərini məhv etmək üçün əlindən gələni etdi. Əxlaqın çöküşü nəticəsində isə biz ziyana və ağır zərbələrə məruz qoyulduq. Keçmiş hökumətin müxtəlif sahələrdəki səriştəsizliyi ucbatından ölkə viranəyə qoyularaq cəmiyyətə ümidsizlik hissi aşılandı, millətlə ölkə rəsmiləri arasındakı birliyə xələl gətirildi. Əhmədinejad hökuməti cəmiyyətin canına düşən quduzluq xəstəliyi kimi bir şey idi. Həmin 8 illik quduzluğun təsiri isə cəmiyyətimizə uzun müddətə qədər daima zəhər aşılamasına kifayət edər”.
Bu xəbər oxucular tərəfindən 715 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed