Şrift:
Azərbaycana virtual hücum nə zaman başladı?
18.01.2012 [18:11] - Güney Azərbaycan xəbərləri
DAVAM.AZ - a hücumlara cavab olaraq DAVAM dedik!

Azərbaycanın virtual məkanına əcnəbi serverlərdən hücumlar həyata keçirilib. Yayılan məlumata görə, bir sıra rəsmi saytlar dağıdılıb, bir çoxlarının fəaliyyətində ləngimələr yaranıb. Dörd gün öncə DAVAM.AZ xəbər portalında problemlər yaranmağa başladı, sayta daxil olmaq mümkünsüz oldu. Yaranmış problemlə əlaqədar oxucularımız bizə məktublar yazmışdılar. Bərpa prosesi qısa müddətə həyata keçirildiyindən açıqlama verməyi lüzum görməmişdik. Həm də DAVAM.AZ portalının serverinin Azərbaycandan kənarda yerləşməyi onun təhlükəsizliyinin qorunmasına səbəb olmuşdur. Saytın təhlükəsizliyinə cavabdeh şəxsin verdiyi məlumata görə, hazırda hər şey nəzarət altında saxlanılsa da, hücumlar davam edir. Buna görə də sayta daxil olmada ləngimələr olur. Buna görə də DAVAM.AZ olaraq bir sıra rəsmi saytların dağıdılmasından sonra oxuculara açıqlama verməyi lazım bildik. Onu da bildirək ki, 19 yanvardan etibarən saytımızın bütün problemləri aradan qaldırılacaq və hər şey DAVAM edəcək!

Sizin DAVAM.AZ xəbər portalı
Bu xəbər oxucular tərəfindən 1141 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed