Şrift:
Türkiyə sahillərində gəmi batıb
23.06.2015 [10:54] - Gündəm, Hadisə
Türkiyənin Aralıq dənizi sahillərində göyərtəsində Yunanıstana qeyri-qanuni keçmək istəyən suriyalı mühacirlər olan gəmi batıb.

"Anadolu" agentliyinin verdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər həlak olub. Türkiyə Sahil Mühafizə Qüvvələri 65 nəfəri xilas edə bilib.

Xatırladaq ki, son bir ay ərzində Türkiyədə qeyri-qanuni yolla Yunanıstana keçmək istəyən 160 miqrant saxlanılıb.
Bu xəbər oxucular tərəfindən 893 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed