Şrift:
Dünya mətbuatı: Yerevanda etiraz aksiyası rezin dəyənəklə dağıdıldı
23.06.2015 [15:20] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Dünya xəbər agentlikləri Yerevanda elektrik enerjisi qiymətlərinin artırılmasına qarşı çıxan fəalların oturaq aksiyasına toxunublar. Bu barədə “Novosti Armeniya” məlumat verir.

“Associated Press” agentliyi xəbər verir ki, polis elektrik enerjisi tariflərinin artırılmasına etiraz əlaməti olaraq mərkəzi küçələrdən birini bağlayan aksiya iştirakçılarını güc tətbiq etməklə dağıdıb, 200-dən çox insan həbs edilib: “Etirazçıların sayı və mitinqin dağıdılması son illər ərzində Ermənistanda baş vermiş ən ciddi iğtişaşdır”.

“Reuters” agentliyinin məlumatında qeyd edilir ki, aksiya iştirakçılarını dağıtmaq üçün polis su şırnağından istifadə edib.

Agentlikdən bildirilir ki, etiraz aksiyası heç bir siyasi partiya ilə əlaqəsi olmayan gənc fəallar tərəfindən təşkil olunub.

“France-Press” agentliyi isə yazır ki, polis mitinqi su şırnağı və rezin dəyənəklə dağıdıb, nəticədə onlarla insan həbs edilib, mülki geyimdə olan polislər jurnalistləri döyüb, onların aparatlarını əllərindən alaraq məhv ediblər.
Bu xəbər oxucular tərəfindən 606 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed