Şrift:
Yaponiya Urmu gölü böhranı ilə bağlı yardım etməyə hazırdır
25.06.2015 [09:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yaponiyanin İrandakı səfiri Tehranda Şərif teknoloji universitetinə baxış keçirərkən Urmu gölü məsələsinə toxunub. O Yaponiyanın gölün böhrandan çıxması üçün elmi çıxış yolunun tapılmasında yardım etməyə hazır olduğunu bildirib.
Yaponiya səfiri ilk öncə universitetin beynəlxalq əlaqələr şöbəsində doktor Abbas Məleki ilə görüşüb. Hane da bu görüşdə İranda Yaponiya səfirliyinin əsas izlədiyi 3 məsələni açıqlayıb. Səfir bildirib ki, bizim izlədiyimiz əsas məsələ ətraf-mühitin qorunub saxlanılması, narkotik maddələrinin qaçaqmalçılığı ilə mübarizə və qaçqınlar məsələsidir.

Səfir Urmu gölünün vəziyyətinə işarə edərək, ölkəsinin Urmu gölü böhranı ilə bağlı elmi çıxış yolu tapmaqda dəstək verməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, Urmu gölü böhranı ilə bağlı Yaponiya bir neçə dəfə yardım əlini uzadıb, lakin İran rejimi bu vəya digər şəkildə edilən yardım təkliflərinə yox deyir.
Bu xəbər oxucular tərəfindən 603 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed