Şrift:
Azərbaycan bütövləşəcək üzü qaralıq imperyaya qalacaq
20.01.2012 [10:28] - DAVAMın yazıları
Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarından keçən və bu gün sürətlə inkişaf edən müstəqil Azərbaycan dövlətini qanları bahasına bizlərə təqdim edən Şəhidlərimizin ruhu ozamn şad olacaq ki biz onların bizə miras qoyub getdiyi müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edək. 20 yanvar günü Dünya Azərbaycanlılarının milli oyanışında mühüm rol oynadı həmin tarix Güney Azərbaycanın Təbriz şəhərində və başqa şəhərlərdə 40 gün müddətinə müxtəlif anım mərasimləri təşkil olundu. Və bu gün də həmin hadisə Güney Azərbaycanda anılmaqda davam edir . Həmim hadisəni törədən və onun əsas təşkilatçıları olan M.Qorboçov, Y.Primakov, Yazov kimi cinayətkarlar beynəlxalq məhkəmədə cavab verməlidirlər.

Həmin günləri xatırlayaraq xalqımızın milli birliyi uğrunda və öz azadlığını, istiqlaliyyətini əldə etmək üçün imperiyaya qarşı ən böyük etiraz aksiyası olduğunu tək biz yox bütün dünya etiraf etdi və Rus iperyası bunulada öz təməlini laxlatdı və 70 il silaha sükənərək dayanan impirya nəhayətki dağıldı. Rus imperiyası və erməni daşnakları silahsız insanları agır silahlarla qəddarcasına qətlə yetirildi. Azərbaycan tarixində 20 yanvar hadisəsi dəfələrlə Güney Azərbaycanda və Quzey Azərbaycanda olmuş, lakin 20 yanvar faciəsi Azərbaycanın Quzeyinin müstəqilliyinin əldə olunmasında böyük əhəmiyyətə malikdir. 20 yanvar günü Azərbaycan xalqının milli düşüncəsində dərin iz buraxmışdır bu il həmin faciədən 22 il ötür lakin illər keçsə də həmin tarix xalqımzın yaddaşından çıxmayacaqdır. Rus iperyası bu faciəni törətməklə Rus xalqının imicində böyük zərbə vurdu.Bütün iperylar və dikdator rejimlər dağılanda belə hədisələ qaçılmaz olsada nəticə etibarilə sonunda qalib gələn yenə xaıq olub.

20 yanvar gününü tarixi-ideoloji təsirlərindən ən birincisi Güney Azərbaycanda baş verən Milli Azadlıq Hərakatına böyük təkan vermişdir. Bu tarixi Azərbaycanın bütövluk tarixində böyük iz qoyacağına tam əminliklə inanıram.Bu tarixi hadisə hər zaman Güney Azərbaycanda da anılır və anılacaqdır”.öz haqq səsimizi dünya ictimaiyyətinə və beynəlxalq qurumlara çatdırmaq üçün diaspor təşkilatlarımızın üzərinə böyük məsuliyyət düşür. Həmin tarixi zamanında 200 milyon insanın diqqətinə çatdıran professor Səbri Təbrizi həmin gün BBC vasitəsilə neçə saatlıq proqramlarla dünya ictimaiyyətinin diqqətinə çatdırmış və böyük təsir göstərmişdir.
Mən hesab edirəm ki çox gec olmadan bu yaxınlarda Güney Azərbaycan milli azadlıq hərəkatı Rus imperyasının bir qolu olan Fars molla hakimiyyətinə son qoyacaq və iranda başda Güney Azərbaycan türkləri olmaqla bütün qeyri fars millətlərdə öz müqədəratını təin edəcək necəki ardı kəsilmədən ərəb dikttor rejimləri xalqın iradəsilə devrilməkdədir.
Quzey Azərbaycanda başlanan milli azadlıq hərəkatı torpaqlarımızın az bir hissəsinin müstəqilliyilə nəticələnsədə Güney Azərbaycanın istiqlalına və bütöv azərbaycanın qurulmasıla qədər davam edəcək və uzu qaralıq ipryaya qalcaq.
MDHP Güney Azərbaycan departrmentinin sədri

Əlirza Amanbəyli
19.Yanvar 2012
 
Bu xəbər oxucular tərəfindən 1520 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed