Şrift:
Türkiyə parlamentinin deputatı: “Ermənistandakı etirazlar Türkiyəyə yeni miqrasiya axınına səbəb olacaq”
25.06.2015 [14:59] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistanda baş verən etiraz aksiyaları ölkədən yeni miqrasiya axınına səbəb ola bilər və miqrantların Türkiyəyə üstünlük verəcəyi istisna edilmir.

Bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü, parlamentin deputatı Məzhər Bağlı deyib.

O bildirib ki, hazırda Türkiyədə qeyri-qanuni şəkildə 100 mindən çox erməni yaşayır.

Deputat qeyd edib ki, Yerevandakı etirazlar zamanı Avropanın Ermənistandakı hadisələrə münasibətdə ikili standartlar nümayiş etdirməsi aydın olur, bundan başqa, Türkiyə və ya başqa müsəlman ölkəsində hər hansı bir hadisə baş verən kimi, bu hadisə qərb mətbuatının diqqət mərkəzinə düşür.

Deputatın sözlərinə görə, Avropa Ermənistan hökumətini dəstəkləyir, ona görə ölkədə insan haqlarının pozulmasına reaksiya vermir.
Bu xəbər oxucular tərəfindən 1141 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed