Şrift:
"Şərq tərəfdaşlığı"nın Vətəndaş cəmiyyəti forumu Ermənistanı tənqid etdi
25.06.2015 [16:10] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
"Şərq tərəfdaşlığı"nın Vətəndaş cəmiyyəti forumunun rəhbər komitəsi Ermənistanda polislərin dinc nümayişçilərə qarşı hərəkətləri ilə bağlı tənqidi bəyanatla çıxış edib.

Ermənistan mətbuatının verdiyi məlumata görə, komitə Ermənistan hakimiyyətinin qanunsuz hərəkətlərini pisləyib və konstitusiya çərçivəsində hərəkət edən vətəndaşları təqib etməyi dərhal dayandırmağa çağırıb.

Çağırışda, həmçinin Ermənistan hakimiyyətindən qanunsuz hərəkətlərə yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi tələb olunur.
Bu xəbər oxucular tərəfindən 1090 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed