Şrift:
Abbas Əraqçi: “Hələ də işə mane olan əsas problemlər var”
27.06.2015 [10:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran xarici işlər nazirinin müavini, ölkənin Qərblə nüvə müzakirələri aparan nümayəndə heyətinin üzvü Abbas Əraqçi iyunun 26-da jurnalistlərə açıqlamasında yekun razılaşmanının mətninin yazılışından danışıb.
Abbas Əraqçi deyib ki, hazırda danışıqların vaxtının yenidən uzadılmasından söhbət getmir və tərəflər əvvəlcədən təyin edilmiş son vaxta qədər, yəni iyunun 30-a qədər nəticə əldə etməyə çalışır: “Yekun razılaşmanın son mətninin yazılışı çətin işdir. Xüsusən də mətnin axır hissələrinin yazılışı çox mürəkkəbdir. Hələ də işə mane olan əsas problemlər var. Lakin buna baxmayaraq müzakirələrdə məsələnin detallarında və bir sıra digər mövzularda yaxşı irəliləyiş olub.

Hər iki tərəf qabaqcadan elan edilmiş vaxta qədər yekun razılaşmanın əldə olunmasına çalışır. Lakin həmin vaxt bitəndən sonra ortaq məxrəcə gəlib məsələni yekunlaşdırmaq üçün lazım olsa danışıqları bir neçə gün də davam etdirə bilərik”.

Qeyd edək ki, İranla 5+1 qrupu arasında aparılan nüvə danışıqlarında yekun razılaşmanın əldə olunması üçün maksimum iyunun 30-a qədər vaxt təyin edilib.
Bu xəbər oxucular tərəfindən 809 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed